CƏMİYYƏT
Rayon pediatrları yenidoğulmuşların reanimasiyası üzrə təlimlərə cəlb olunublar
Bakı, 19 oktyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri üçün neonatal reanimasiya üzrə təlimlər davam edir.
İSİM-dən AZƏRTAC-a bildirilib ki, bu dəfə təlimlərə Sumqayıt, İsmayıllı, Şamaxı və Kürdəmir regional doğuşayardım müəssisələrində çalışan pediatrlar cəlb olunublar. Nəzəri və praktiki hissədən ibarət olan təlim kursu neonatal reanimasiya sahəsində istifadə edilən yeni texnologiyaların öyrədilməsi üçün məşğələlər formatında İSİM-in xüsusi avadanlıq və manekenlərlə təchiz olunmuş təlim mərkəzində keçirilib.
Növbəti təlimlərin oktyabrın 20-21-də Gəncə, Mingəçevir, Goranboy, Şəmkir, Tovuz və Qazax regional doğuşayardım müəssisələrindən dəvət olunan həkimlərin iştirakı ilə keçiriləcəyi gözlənilir.