CƏMİYYƏT


Rayonlarda uşaq hüquqlarına dair məlumatlandırıcı materiallar paylanılıb

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

20 noyabr – Beynəlxalq Uşaq Hüquqları Günü ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzləri rayonlarda, sərhədyanı məcburi köçkün qəsəbələrində, orta məktəblərdə, uşaq bağçalarında müxtəlif tədbirlər təşkil ediblər.

Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirlər uşaqlara diqqətin artırılması, onların müdafiə olunması və hüquqlarının qorunması işində vəziyyətin daha da yaxşılaşdırılması, habelə uşaqlar üçün sağlam mühitin yaradılması məqsədilə keçirilib. Tədbirlərdə uşaq hüquqlarına dair məlumatlandırıcı materiallar paylanılıb və uşaqların hazırladıqları səhnəciklər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.