İDMAN


“Real Madrid” Kroosla müqavilə müddətini 2 il də artırıb

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Madridin “Real” klubu almaniyalı yarımmüdafiəçi Toni Kroosla müqavilə müddətini artırıb.

AZƏRTAC Bild qəzetinə istinadla xəbər verir ki, yeni müqaviləyə əsasən, Kroos 2022-ci il iyunun 30-dək La Liqada çıxış edəcək.

İyirmi altı yaşlı futbolçu ilə yeni müqavilənin imzalanma mərasimi bu gün komandanın ev oyunlarını keçirdiyi “Santiaqo Bernabeu” stadionunda keçirilib.

Qeyd edək ki, Kroos 2014-cü ilin yayında 30 milyon avro müqabilində Münxenin “Bavariya” komandasından transfer edilib. Həmin müqaviləyə əsasən Kroos 2020-ci ilədək “Kral” klubunda qalmalı idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.