İDMAN


“Real Madrid” klubu Kriştianu Ronaldo ilə müqavilənin müddətini 2021-ci ilədək artırıb

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC

“Real Madrid” futbol klubu portuqaliyalı ulduz Kriştianu Ronaldo ilə müqavilənin müddətini 2021-ci ilədək artırıb.

AZƏRTAC “Real Madrid”in saytına istinadla xəbər verir ki, yeni müqaviləni “Santyaqo Bernabeu” stadionunda klubun prezidenti Florentino Perez ilə Kriştianu Ronaldo imzalayıblar.

Müqavilə 2021-ci il iyunun 30-dək qüvvədə olacaq.

Hazırda 31 yaşlı hücumçu həftədə 410 min avro qazanır. O, komandanın ən yüksək məvacibli futbolçusu hesab edilir.

Kriştianu Ronaldo kral klubuna 2009-cu ildə İngiltərənin “Mançester Yunayted” komandasından 80 milyon funt sterlinq dəyərində müqavilə əsasında transfer olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.