İDMAN


“Real Madrid”in yarımmüdafiəçisi karyerasını başa vurub

Bakı, 11 iyul, AZƏRTAC

“Real Madrid”in yarımmüdafiəçisi Lukas Silva karyerasını başa vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə 23 yaşlı futbolçunun özü məlumat verib.

Ürəyində qüsur aşkarlanan Silva futboldan uzaqlaşmaq məcburiyyətində qalıb. Gənc futbolçu “İnstagram” sosial şəbəkəsindəki səhifəsində bunları yazıb: “Mən yaxşı mübarizə apardım. Karyeramı başa vururam, ancaq inamımı saxlayıram”.

Qeyd edək ki, müqavilə ilə “Real”a məxsus olan braziliyalı futbolçu ötən mövsüm icarə əsasında “Marsel”də oynayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.