İDMAN
“Real” üç il ərzində ilk dəfə ən bahalı klublar reytinqində liderliyi əldən verib
Bakı, 15 iyul, AZƏRTAC
Madridin “Real” klubu son üç ildə ilk dəfə dünyanın ən bahalı klubları reytinqində liderliyi əldən verib. “Forbes” jurnalının yenilənmiş reytinqində birinci yeri ABŞ-ın “Dallas Kovboys” klubu tutub.
Yeni liderin qiyməti 4 milyard dollar civarındadır, amma “Real”ın qiyməti 3,65 milyard dollara bərabərdir.
Üçüncü yerdə “Barselona” (3,55 milyard) qərarlaşıb, onun ardınca “Nyu-York Yankiz” (3,4 milyard) və “Mançester Yunayted” (3,32 milyard ) gəlir.
Ən bahalı ilk 10 klubun siyahısına “Nyu-İnqlend Petriots” (Amerika futbolu, 3,2 milyard), “Nyu-York Niks” (basketbol, 3 milyard), “Vaşinqton Redskins” (Amerika futbolu, 2,85 milyard) və “Los-Anceles Leykers” (basketbol, 2,7 milyard) klubları daxildir.
Əlavə edək ki, “Real”ın forvardı, “Avro-2016”da Portuqaliya yığmasının lideri Kriştianu Ronaldu ötən həftə “Forbes”in versiyasına görə, ən yüksək məvacib alan məşhurların siyahısında dördüncü yeri tutub.