DÜNYA


Rəcəb Tayyib Ərdoğan: Gələcək nəsillərin firavanlığı atacağımız addımlara bağlıdır”

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı deyib: "Gələcək nəsillərin firavanlığı, rifahı və təhlükəsizliyi böyük ölçüdə bu gün atacağımız addımlara bağlıdır".

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, o, çıxışında Suriyada baş verənləri qiymətləndirərək deyib: “Suriyada, İraqda terrorun və müharibənin məngənəsində inləyən bir çox ölkələrdə yüz minlərlə uşaq, qadın, gənc və yaşlı öldürülür. Ölüm və zülmdən qaçan qaçqınlar Avropa şəhərlərində alçaldıcı rəftarla üzləşir. Terror təşkilatları regiondakı hərəkətlərini davam etdirir. Qafqazdakı münaqişələrin isti qarşıdurmaya çevrilmək riski var. Yəməndən Ukraynayadək çox problemlərin həlli bizləri gözləyir. Digər tərəfdən, dünyanın bir çox ölkəsində insanlar aclıq, yoluxucu xəstəliklər, səfalət və cəhalətlə boğuşur. Bu insanlığın şərəf və vicdanını yaralayan utanverici mənzərədir”.

Türkiyə prezidenti çıxışı zamanı BMT-də islahatların aparılmasının vaxtının çatdığını söyləyib. O deyib ki, ilk növbədə təhlükəsizliyin qorunması sahəsində qərarların qəbulu sistemində islahatlar aparılmalıdır.

Ərdoğan həmçinin qeyd edib ki, “Ərəfat qalxanı” əməliyyatının məqsədi Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasıdır. Prezident BMT Baş Assambleyasına müraciət edərək deyib: “Etibarlı sahə halına gətirdiyimiz yerlərin uçuşa yasaq bölgə elan edilməsinə qarşı qərarlı bir mövqe göstərməli və birlikdə çalışmalıyıq”.

O, Türkiyədə iyulun 15-də Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdi zamanı törətdiyi dəhşətlərdən də söz açıb. “Bu çevriliş cəhdi millətimin demokratiyaya, hökumətə, azadlığa, gələcəyinə və konstitusion quruluşuna qəhrəmancasına sahib çıxması ilə dəf edildi. Bu baxımdan millətimlə fəxr edirəm”,- deyə Türkiyə Prezidenti vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.