DÜNYA
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Silahlı Qüvvələrində yeni struktur yaradılacaq
Bakı, 22 iyul, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkədə baş verən hərbi çevriliş cəhdləri nəticəsində 246 nəfər həlak olub, 2185 nəfər xəsarət alıb.
AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.
Türkiyə lideri deyib ki, daha 4 min nəfər, o cümlədən 103 general dövlət çevrilişinə cəhddən sonra həbs edilib. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti qiyam cəhdindən sonra ümumilikdə təxminən 10,4 min həbs həyata keçirib.
Eyni zamanda, Türkiyə Prezidenti ölkədə qiyam cəhdinin yenidən mümkünlüyünü də istisna etməyib və indiki şəraitdə bunun heç də asan olmayacağını deyib. O, qiyam cəhdinin qarşısının alınmasında xüsusi xidmət orqanlarının işində çatışmazlıqlar və boşluqların olduğunu da qeyd edib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrində yeni struktur yaradılacaq.