İQTİSADİYYAT


Rəcəb Tayyib Ərdoğan: Türkmənistan qazının da “Cənub Qaz Dəhlizi” ilə ixracı üçün böyük səy göstəririk

A+ A

Bakı, 10 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin icra edilməsi ilə Avropa üçün yeni alternativ yaranacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresindəki çıxışında deyib.

“Türkiyə Orta Şərq və Xəzər hövzəsi başda olmaqla, dünyanın enerji resurslarının üçdə birinin olduğu coğrafiyada yerləşir. Bakı-Tbilisi-Ərzurum və İran-Türkiyə qaz kəmərləri Türkiyənin bu sahədə qazandığı uğurlardır. “Cənub Qaz Dəhlizi”nin onurğasını təşkil edən TANAP-ı inşa edirik. TANAP-ın davamı olacaq “Trans-Adriatik” qaz boru kəməri (TAP) ilə Azərbaycan təbii qazı Avropa bazarlarına çatacaq. Türkmənistan qazının da “Cənub Qaz Dəhlizi” ilə ixracı üçün böyük səy göstəririk. Rusiya qazının ixracı ilə bağlı “Türk axını” qaz boru kəməri layihəsi üzərində işləri də davam etdiririk. Bu ilin sonunda və 2017-ci ildə böyük addımlar atacağıq. Beləliklə, qaz ticarətində bölgədə etibarlı tərəfdaş kimi Türkiyənin çəkisi artacaq”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.