DÜNYA


Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri başlayır

Bakı, 15 may, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət başçısı Donald Tramp ilə görüşmək üçün bu gün səhər Pekindən Vaşinqtona yola düşüb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Ərdoğanı səfərdə ədliyyə, xarici işlər, iqtisadiyyat, enerji və təbii sərvətlər, milli müdafiə nazirləri müşayiət edirlər.

Türkiyə və ABŞ prezidentləri Vaşinqtonda təkbətək və geniş tərkibdə görüşlər keçirəcəklər. Rəcəb Tayyib Ərdoğanın ictimaiyyət təmsilçiləri və iş adamları ilə görüşləri də nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.