İDMAN


“Red Bull King of the Rock 2016” Bakıda

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 30-da Bakı Dənizkənarı Bulvarının dəstəyi ilə Kukla Teatrının arxasındakı meydançada "Red Bull King of the Rock 2016" yarışının finalı keçiriləcək.

"Red Bull" şirkətindən AZƏRTAC-a bildiriblər ki, finala seçim mərhələsi iyulun 24-də Avropa Oyunlarının Parkında baş tutacaq. Yarışın qalibi Azərbaycanı Belqraddakı dünya finalında təmsil edəcək. Dünya finalında 23 ölkənin nümayəndələri, o cümlədən Azərbaycan, Anqola, Belarus, Honq Konq, Gürcüstan, İtaliya, Qazaxıstan, Livan, Litva, Malta, Meksika, Moldova, Polşa, Rusiya, Serbiya, ABŞ, Tayvan, Türkiyə, Tunis, Fransa, Cənubi Afrika və Yaponiyadan oyunçular iştirak edəcək.

Qeyd edək ki, "Red Bull King of the Rock" – "Təkbətək" formatında unikal küçə basketbol yarışıdır və 2013-cü ildən ölkənin ən güclü stritbolçusunu müəyyən edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.