İDMAN


“Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo mövsümdə ilk qələbəsini qazanıb

A+ A

Bakı, 3 oktyabr, AZƏRTAC 

Formula-1 üzrə dünya çempionatının sentyabrın 30-dan oktyabrın 2-dək keçirilən 16-cı yarışında – Malayziya Qran-prisində “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo mövsümdə ilk qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, on altıncı yarışda pilotlar “Sepanq”da uzunluğu 5543 metr olan trekdə mübarizə aparıblar.

Daniel Rikkardo yarışı 1 saat 37 dəqiqə 12,776 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 2,443 saniyə geridə qalan Maks Ferstappen (Red Bull Racing) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 25,516 saniyə sonra finişə çatan Niko Rosberq (Mercedes, 15 xal) tamamlayıb.

On altıncı Qran-pridən sonra “Mercedes”in pilotu Niko Rosberq 288 xalla liderliyini davam etdirir. Cari mövsümdə N.Rosberqin komanda yoldaşı L.Hamilton ilə xal fərqi 23-ə çatıb. L.Hamiltonun hesabında 265 xal var və britaniyalı pilot ikinci pillədə qərarlaşıb.

Aktivində 204 xal olan Daniel Rikkardo (Red Bul Racing) üçüncü, Kimi Raikkonen (Ferrari) 160 xalla dördüncü və Sebastian Vettel (Ferrari)153 xala sahib olan isə beşincidir.

Çempionatın növbəti – on yeddinci yarışı oktyabrın 7-dən 9-dək Yaponiyada keçiriləcək.

Yarışın səkkizinci mərhələsi – Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçirilmişdi. Mərhələnin qalibi “Mercedes”in pilotu Niko Rosberq olmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.