İDMAN


“Red Bull Racing”in pilotu Maks Ferstappen FIA-nın iki mükafatına sahib olub

A+ A

Bakı, 5 dekabr, AZƏRTAC

“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen Beynəlxalq Avtomobil Federasiyasının (FIA) iki mükafatına sahib olub.

AZƏRTAC xəbər verir ki, FIA-nın Vyanada təşkil olunan qala gecəsində niderlandlı pilot ötən il olduğu kimi, yenidən “İlin idmançısı” mükafatına layiq görülüb. O, həmçinin “Ən yaxşı ötmə” nominasiyasında da qalib elan edilib. M.Ferstappenin Formula-1 üzrə Braziliya Qran-prisində yağışlı havada “Mersedes”in pilotu Niko Rosberqi ötməsi ona ikinci mükafatı qazandırıb.

M.Ferstappen ötən il “Ən yaxşı tapıntı” nominasiyasının qalibi olmuşdu. Bu il həmin mükafat ralli-kross yarışlarında çıxış edən Kevin Hansenə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.