CƏMİYYƏT


“Red Bull Skydive” komandasının üzvləri Milli Mətbuat Günü münasibətilə paraşütlə tullanıblar VİDEO

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

“Red Bull Skydive” komandasının “Şəhər üzərində uçan skaydayverlər” kimi tanınan üzvləri Marko Valtenşpil və Corc Letner Milli Mətbuat Günü münasibətilə Bakıdakı Televiziya Qülləsindən paraşütlə tullanıblar.

AZƏRTAC xəbər verir ki, havanın küləkli olmasına baxmayaraq, qüllədən tullanan idmançılar onları seyd edənlərə həyəcanlı anlar yaşadıb, şəhərimizin gözəl mənzərəsini göstəriblər.

Qeyd edək ki, 1996-ci ildə tikilən Bakı Televiziya Qülləsinin hündürlüyü 310 metrdir. Qüllə bu göstəriciyə görə Azərbaycan ərazisində və Qafqazda ən hündür dəmir-beton tikintisi sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.