İDMAN


“Red Bull” komandasının pilotları: Bakı treki mövsümün ən sürətli trasıdır VİDEO

Bakı, 22 iyun, AZƏRTAC 

İyunun 22-də Heydər Əliyev Mərkəzində Formula-1 dünya çempionatının iştirakçısı olan “Red Bull Racing” komandasının pilotları Daniel Rikkiardonun və Maks Ferstappenin mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, pilotlar Bakıda keçiriləcək yarışın böyük maraq doğurduğunu vurğulayıblar: “Bakı şəhər halqasının sürət rekordunu yeniləmək bu il çətin olacaq. Amma biz bunu etməyə çalışacağıq. Bakı treki mövsümün ən sürətli trasıdır. Bu il bolidlər geniş döngələrdə daha sürətli, düz xətli hərəkətlərdə isə daha ləng olublar. Bakıda dar döngələr var, ona görə də sürəti artırmaq çətin olacaq. Azərbaycan Qran-Prisində yüksək nəticələr əldə etməyə çalışacağıq. Məqsədimiz fəxri kürsüdə yer almaqdır.

Xatırladaq ki, ötən il Bakı şəhər halqasında ən yüksək sürətə (378 km/saat) finlandiyalı pilot Valtteri Bottaş imza atmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.