REGİONLAR
Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun YAP Şəmkir rayon şöbəsinin yığıncağı keçirilib
Şəmkir, 2 sentyabr, Famil Quliyev, AZƏRTAC
Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendum ilə əlaqədar "Yeni Azərbaycan" təşviqat qrupunun YAP Şəmkir rayon şöbəsinin yığıncağı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri, “Yeni Azərbaycan” təşviqat qrupunun Binəqədi rayon şöbəsi üzrə qərargahın sədri Fəxrəddin Vəliyev Azərbaycan Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verib.
F.Vəliyev rayon təşkilatı tərəfindən referendumqabağı görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı danışıb, təbliğat-təşviqat kampaniyası dövründə “Yeni Azərbaycan” təşviqat qrupu tərəfindən seçicilərlə keçiriləcək görüşlərin qrafiki və təşviqat qrupunda iştirak edəcək məsul şəxslərin siyahısını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra seçicilərlə görüşlərin və təşviqat kampaniyası tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar qarşıda duran vəzifələrdən söz açılıb.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatı aparatının məsləhətçisi İlkin Musayev, YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılov və digərləri görülən işlərlə bağlı fikirlərini bildirib, Şəmkir rayonunda da ümumxalq səsverməsinin yüksək səviyyədə həyata keçiriləcəyinə inamlarını ifadə ediblər.