SİYASƏT
Referendumla əlaqədar Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində hazırlıq işləri başa çatıb
Əbu-Dabi, 15 sentyabr, АZƏRTAC
Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyində hazırlıq işləri başa çatıb.
Bununla əlaqədar AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində səfir Daşqın Şikarov bildirib ki, sentyabrın 26-da səfirliyin inzibati binasında yaradılmış seçki məntəqəsində diplomatik missiyanın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri ilə yanaşı, Birləşmiş Ərəb Əmirliklərində daimi və ya müvəqqəti əsasda yaşayan, eləcə də burada xidməti ezamiyyətdə olan vətəndaşlarımız səs verə biləcəklər. Onların referendumda iştirakının və seçki hüququnu sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb.
Аsya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi