SİYASƏT


Referendumla əlaqədar Azərbaycanın Qırğızıstandakı səfirliyində hazırlıq işləri başa çatıb

A+ A

Bişkek, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı Qırğızıstandakı səfirliyimizdə hazırlıq işləri başa çatdırılıb.

Səfirlikdə 16 saylı Yasamal üçüncü seçki dairəsinin 33 saylı məntəqə seçki komissiyası yaradılıb və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov komissiyanın sədri seçilib.

Diplomatık korpusdan bildirilib ki, sentyabrın 26-da səfirliyə gələn vətəndaşlarımızın sərbəst şəkildə səsverməsi üçün hər cür şərait yaradılıb. Bişkekdə yaşayan və işləyən vətəndaşlarımızın siyahıları tutulub. Referendum keçirilən gün Bişkekdə ezamiyyətdə olan vətəndaşlarımız da səsvermədə iştirak edə biləcəklər.

Səfirliyin təşəbbüsü ilə Qırğızıstan KİV-lərində Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər, seçki məntəqəsinin ünvanı və seçkinin keçiriləcəyi vaxtla əlaqədar informasiya da verilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.