SİYASƏT


Referendumla əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində hazırlıq işləri başa çatıb

A+ A

Tbilisi, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ölkəmizin Gürcüstandakı səfirliyində 17 saylı Yasamal 3-cü seçki dairəsinin nəzdində 46 saylı seçki məntəqəsi yaradılıb. Məntəqədə səsvermə ilə əlaqədar bütün hazırlıq işləri başa çatıb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 26-da bu məntəqədə əməkdaşlar ilə yanaşı, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əməkdaşları, Tbilisidə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmin gün müvəqqəti olaraq Tbilisidə səfərdə olan və xidməti vəzifələrini icra edən vətəndaşlarımız səs verə biləcəklər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.