SİYASƏT


Referendumla əlaqədar İtaliyadakı səfirliyimizdə yaradılan məntəqədə səsvermə qanunauyğun keçirilib

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Referendumla əlaqədar İtaliyadakı diplomatik missiyamızın əməkdaşları və onların səsvermə hüququna malik ailə üzvləri, habelə İtaliyada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüququndan istifadəsinin təmin edilməsi məqsədilə 17 saylı Yasamal üçüncü seçki dairəsinin Azərbaycanın İtaliyadakı səfirliyində yaradılmış 35 saylı seçki məntəqəsində səsvermə təşkil olunub.

Səsvermədə seçicilərin iştirakının və seçki hüquqlarını sərbəst şəkildə ifadə etmələrinin təmin olunması üçün hər cür şərait yaradılıb. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb.

Səsvermə prosesi yerli vaxtla saat 19.00-da başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.