SİYASƏT


Referendumla əlaqədar bir sıra prosedurlar başa çatıb

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumda müşahidə aparmaq üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti bu gün başa çatıb.

Təqvim Planına əsasən, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları, beynəlxalq müşahidəçilər referendumun elan edildiyi gündən səsvermənin keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidir.

Bu gün, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə ilə bağlı komissiyaya müraciət olunması, eləcə də referendum üzrə səsvermə bülletenlərinin hazırlanması üçün ayrılan vaxt da başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.