SİYASƏT


Referendumqabağı təşviqat sentyabrın 25-i saat 8.00-da dayandırılacaq

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Sabah ümumxalq səsverməsi ilə əlaqədar referendumqabağı təşviqatın son günüdür.

AZƏRTAC xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınan təşviqat qrupları tərəfindən referendumqabağı təşviqatın aparılması prosesi səsvermə gününə 23 gün qalmış başlanır. Proses səsvermənin başlanmasına 24 saat qalanadək, yəni, sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.

Mərkəzi Seçki Komissiyası “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” təşviqat qruplarını qeydə alıb.

Referendumla bağlı şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer olmaqla, ümumilikdə 256 yer müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.