REGİONLAR


Region könüllülərini birləşdirən Könüllülük Məktəbi yaradılacaq

A+ A

Mingəçevir, 16 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin, Mingəçevir Gənclər Evinin təşkilati dəstəyi ilə “Regionlarda sosial problemlərin həllində könüllülük işinin gücləndirilməsi” adlı layihənin təlimlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi könüllülük ideyasını gənclər arasında təşviq etmək, könüllülərin formalaşdırılması, icma-könüllü əməkdaşlığının qurulması, eləcə də zəruri təbliğat və maarifləndirmə işləri aparmaq, gənclərdə könüllülük işinə maraq yaratmaq, könüllülər qrupunun formalaşdırılması və birgə layihələrin icra olunmasından ibarətdir.

Birliyin sədri Tural Kərimov bildirib ki, layihə çərçivəsində region könüllülərini birləşdirən Könüllülük Məktəbi formalaşdırılacaq. İki ay davam edəcək təlimlərdə 400 gəncin iştirakı nəzərdə tutulub. Həmin iştirakçılardan ibarət Mingəçevir Könüllülük Məktəbinin əsası qoyulmaqla, könüllülük sahəsində geniş fəaliyyət forması təşkil olunacaq. Sonda təlimləri uğurla başa vuran gənclərə sertifikatlar təqdim ediləcək və onlar Könüllülük Məktəbinin üzvü kimi fəaliyyət göstərəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.