İQTİSADİYYAT


Regional Data Mərkəzdə potensial müştərilər üçün məlumat turları təşkil edilir

Bakı, 21 aprel, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYT) nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC xüsusi və potensial müştərilər üçün Regional Data Mərkəzinə məlumat turlarının təşkilinə başlayıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, turlar çərçivəsində müştərilərə Data Mərkəzinin xidmətləri, mərkəzin avadanlıq və proqram təminatları, məlumatların təhlükəsiz şəraitdə mühafizəsi, təhlükəsizlik risklərinin minimuma endirilməsi barədə müfəssəl məlumatlar veriləcək.

Turlarla bağlı ətraflı məlumatı (012) 200 01 27 nömrəsindən və ya [email protected]  ünvanına əldə etmək olar.

TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik regional Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edilir.

Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri potensial müştərilərinə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə etmək imkanı yaradır.

Ümumilikdə 700 m2 sahəyə malik olan Data Mərkəzi müştərilərini 99,982 faiz etibarlılıq səviyyəsi ilə təmin edir. Data Mərkəzində 24/7 müştəri xidmətləri və 24/7 nəzarət olunan Şəbəkə İdarəetmə Mərkəzi mövcuddur.

Yüksək səviyyədə keyfiyyətli xidmətin təmin edilməsi məqsədilə mərkəzdə dünya nəhəngləri, məşhur HP, RADWARE, PALOALTO və CİSCO şirkətlərinin avadanlıqları və proqram təminatı quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.