CƏMİYYƏT


Regional İnkişaf İctimai Birliyi Tovuz rayonunda ödənişsiz tibbi müayinələr təşkil edib

Bakı, 24 iyul, AZƏRTAC

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Səhiyyə Nazirliyi və Mərkəzi Neftçilər Xəstəxanasının təşkilatçılığı ilə Gəncə-Qazax regionu üzrə-Şəmkir, Ağstafa, Qazax, Gədəbəy, Tovuz rayonlarının sakinlərinin Tovuz rayonu Diaqnostika və Hemodializ Mərkəzində ödənişsiz tibbi müayinələri təşkil edilib.

AZƏRTAC-a xəbər verir ki, iyulun 21-dən 23-dək davam edən müayinələrə Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı mütəxəssisləri cəlb olunub.

Tibbi aksiya ucqar və sərhədyanı kəndlərin sakinləri də daxil olmaqla ümumilikdə 1288 nəfəri əhatə edib, ehtiyac yarandığı halda laborator yoxlamalar aparılıb, müalicələr təyin olunub.

Müayinələr kardioloji, urololoji xəstəliklər, ümumi terapiya, ümumi cərrahiyə, oftalmologiya sahələrini əhatə edib.

Xatırladaq ki, Regional İnkişaf İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birlikdə regionlarda mütəmadi olaraq müxtəlif sahələr üzrə ödənişsiz tibbi aksiyalar keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.