REGİONLAR


“Regional İnkişaf” İctimai Birliyi və Bakı Biznes Tədris Mərkəzi sahibkarlar üçün təlim-seminar təşkil edib

A+ A

Bakı, 17 sentyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) birgə təşkilatçılığı ilə Yevlax rayonunda kiçik və orta sahibkarlar üçün təlim-seminar keçirilib.

Müxtəlif sahələr üzrə sahibkarlıq subyekti nümayəndələrinin, xüsusilə gənc sahibkarların maarifləndirilməsi məqsədi daşıyan seminar RİİB-in Aran-2 Regional Mərkəzinə Yevlax rayonundan daxil olan müraciətlər əsasında təşkil olunub.

50-dən artıq sahibkarın iştirak etdiyi təlimdə Bakı Biznes Tədris Mərkəzinin mütəxəssisləri tərəfindən biznes ideyasının yaradılması, sahibkarlıq sahəsində mövcud elektron xidmətlər, biznes planların və investisiya layihələrinin hazırlanması üzrə təqdimatlar olub.

RİİB-in Yevlax rayonunda sahibkarlıq sahəsində təşkil etdiyi təlim-seminarın respublikanın digər bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən “Regional İnkişaf” İctimai Birliyi, eyni zamanda, bölgələrdə təhsil, turizm, kənd təsərrüfatı və digər sahələr üzrə müxtəlif layihələr həyata keçirir. Bu layihələr regionlarda elmin, təhsilin, səhiyyənin, mədəniyyətin, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərin öyrənilməsi və onların həlli istiqamətinə, eləcə də istedadlı, xüsusi qabiliyyətli insanların aşkara çıxarılmasına və onların davamlı inkişafının təmin edilməsinə, dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə dəstək verilməsinə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.