REGİONLAR


Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə İmişli rayonunda tibbi müayinələr keçirilib

Bakı, 17 iyul, AZƏRTAC

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə İmişli rayonunda məskunlaşan məcburi köçkünlər arasında göz xəstəlikləri üzrə tibbi müayinələr keçirilib.

AZƏRTAC xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının 10 nəfərlik həkim briqadası göz xəstəliklərinin diaqnostikası məqsədilə iyulun 12-dən 15-dək İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsində yaşayan məcburi köçkünlərin ödənişsiz olaraq müayinə və müayinə nəticələrinə görə laborator yoxlaması və əməliyyat prosedurunu aparıb.

Layihə çərçivəsində İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsi, o cümlədən ətraf kəndlər üzrə 400-dən çox sakin qlaukoma, katarakta, çəpgözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, gözdibi patologiyası və digər müayinələrdən keçib.

Müayinə olunanlardan 7-si səyyar klinikada cərrahi əməliyyat edilib. Müalicəsi qısa müddətdə mümkün olmayan xəstələr isə müalicələrinin təşkili məqsədi ilə respublikanın tibb mərkəzlərinə dəvət olunub.

RİİB-in dəstəyi ilə tibbi müayinələr digər regionlarda da təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.