İQTİSADİYYAT


Regionda ilk dəfə sürücüsüz daşıma Bakı Limanında tətbiq olunacaq

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin şəxsi diqqəti sayəsində bu gün iqtisadiyyatımızın bütün sahələri kimi nəqliyyat sektoru da sürətlə inkişaf edir. Bakı Limanının yenidən qurulması Azərbaycanın müasir tarixinin əlamətdar hadisələrindən biridir.

Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovla görüşündə səsləndirilib.

Nəzərə çatdırılıb ki, dünya bazarlarına etibarlı nəqliyyat çıxışlarının mövcudluğu Azərbaycan da daxil olmaqla, bölgəmizdə yerləşən bütün ölkələrin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, “ADA» Universitetində bu mövzu ilə bağlı geniş elmi araşdırma aparıb və bu sahədə davamlı elmi tədqiqat və kadr hazırlığına olan ehtiyacı nəzərə alaraq “ADA” Universiteti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə logistika sahəsində magistr proqramına başlayıb.

Həmçinin bildirilib ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) Sinqapurda "SMRT International Pte" MMC və "Ectivise Solutions Pte" MMC ilə yeni Bakı Limanının əməliyyat səmərəliliyini gücləndirmək məqsədilə texniki əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb.

Qeyd olunub ki, iki Sinqapur şirkəti Bakı Limanında və azad ticarət zonasının əməliyyatlarında Qrup Avtomatik Tranzit Sistemi (süni intellektlə sürücüsüz idarə olunun nəqliyyat vasitəsi), Vahid Əməliyyat və Nəzarət Mərkəzi, Avtomatlaşdırılmış Anbar və Axtarış Sistemi, Portal Təhlükəsizlik Sistemi və digər yeni texnologiya və innovativ sistemlərin təqdim edilməsi istiqamətində dəstək verəcək. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intellektə sahib nəqliyyat vasitələrinin istifadəsi də məhz Bakı Limanında tətbiq olunacaq.

Azərbaycan hökuməti hazırda Bakının Ələt qəsəbəsi yaxınlığında özündə nəqliyyat və logistika sənayesi, əczaçılıq klasteri, ümumi istifadə üçün neft təchizatı bazası obyektləri, o cümlədən emaletmə, qablaşdırma və etiketləmə ərazilərini birləşdirən azad ticarət zonası da daxil olmaqla müasir liman kompleksi inşa etməkdədir. Bu, Prezident İlham Əliyevin Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində yürütdüyü sosial-iqtisadi siyasətin bir hissəsidir. Avropa və Asiyanın qovşağında, Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların yaxınlığında yerləşən yeni Bakı Limanı Avrasiyanın aparıcı ticarət və logistika qovşağına çevrilməyi qarşısına məqsəd kimi qoyub.

Bunlarla yanaşı, görüşdə mövcud vəziyyət, yeni iş yerlərinin açılması, ixtisaslı kadrların hazırlanması, Ələt qəsəbəsinin inkişafı və gələcək perspektivləri haqqında da məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.