REGİONLAR


Regionlara təşkil olunan tur-aksiyada Ağdaşdan da 40 məktəbli iştirak edir VİDEO

A+ A

Ağdaş, 17 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil edilən “Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur-aksiyanın Ağdaş rayonundan olan iştirakçıları noyabrın 17-də Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya yola düşüblər.

AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərindəki abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində təşkil olunan yolasalma mərasimində rayon icra hakimiyyətinin və təhsil şöbəsinin rəhbər şəxsləri çıxış edərək bildiriblər ki, tur-aksiya yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində, şagirdlərin tədrisdə əldə etdikləri nəzəri biliklərin möhkəmləndirilməsində mühüm rol oynayır.

Qeyd edilib ki, məktəblilər 4 gün ərzində Quba, Qusar və Xaçmazın tarixi abidələri, adət-ənənələri, sosial-iqtisadi inkişafı, coğrafiyası və turizm məkanları ilə tanış olacaqlar.

Müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikamızda təşkil olunan maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışaraq məktəblilərə uğurlu yol, mənalı istirahət arzulayıblar.

Çıxışlardan sonra 40 nəfər ağdaşlı şagird Quba rayonuna yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.