CƏMİYYƏT


Regionlarda “İnsan alverinə yox deyək” layihəsinə başlanılıb

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

“Gənc Ana və Uşaqların Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən “İnsan alverinə yox deyək” layihəsinə başlanılıb. Layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihə Mingəçevir, Şirvan və Qəbələ rayonlarında tətbiq olunacaq. Əhalinin maarifləndirilməsi üçün nəzərdə tutulan layihə çərçivəsində ölkədə bu problemin qarşısının alınması istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər barədə də məlumat veriləcək. Layihə 4 ay müddətində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.