CƏMİYYƏT


Regionlarda analara ilkin tibbi yardım göstərilməsi yolları öyrədilir

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

“Ayna” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda gənc analar üçün ilkin tibbi yardım göstərilməsi haqqında məlumatlandırma və təlimlər” layihəsini həyata keçirir.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Şəmkirdə gənc valideynlərin iştirakı ilə təlim keçirilib. Təlimdə valideynlərə körpələrin travması zamanı ilkin tibbi yardım göstərilməsi və yarana biləcək fəsadların qarşısının alınması yolları izah edilib. Gənc anaların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Layihə 3 ay müddətində Samux, Gəncə və Şəmkirdə icra olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.