REGİONLAR
Regionlarda gənclərin təşəbbüs qrupları yaradılacaq
Bakı, 20 avqust, AZƏRTAC
Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə sentyabrın 9-13-də “Regionlarda Gənclərin Təşəbbüs Qruplarının Yaradılması üzrə Təlimlər” adlı layihə reallaşdıracaq.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində müxtəlif regionları təmsil edən 20 gənci bir araya toplayaraq onlara ictimai iştirakçılıq, könüllülük, şəbəkələşmə və vətəndaş fəallığı mövzularında məlumatlandırmaq məqsədi ilə Bakıda 4 günlük təlim keçiriləcək. Regional təşəbbüs qrupları yaradılacaq ki, bu da gənclərin vətəndaş cəmiyyətinə daha fəal şəkildə qoşulmasında körpü rolunu oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]