ELM VƏ TƏHSİL


“Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin kataloqu hazırlanıb

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin kataloqu hazırlanıb.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu qurumun elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov tərəfindən hazırlanan kataloqda sərgidə iştirak edən rəssamların bioqrafiyaları, eləcə də onların sərgiyə təqdim etdikləri işlərin siyahısı verilib.

Kataloqda, eyni zamanda, sərgidə nümayiş olunmuş tarixi eksponatlar onların əsasında yaradılmış müasir işlə (reinkarnasiya) yanaşı verilir ki, bu da oxucuya sərgi haqqında tam məlumat əldə etməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.