RƏSMİ SƏNƏDLƏR


“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

A+ A

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununu “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812) 33.2.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanında” sözləri “maliyyə bazarlarına nəzarət orqanında” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2016-cı il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır