İQTİSADİYYAT
Rekord səviyyədəki ehtiyatlar neftin qiymətinə təsir edir
Bakı, 14 iyul, Nihad Budaqov, AZƏRTAC
Rekord səviyyədəki ehtiyatlar neftin qiymətindəki sabitliyi təhdid edir. Buna baxmayaraq qlobal neft bazarları tələb-təklif tarazlığı baxımından inkişafdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir. Bildirilir ki, ötən dövrdə ABŞ-ın neft istehsalı azalıb, Orta Şərqdə isə hasilat rekord səviyyəyə çatıb. Orta Şərqin neft istehsalındakı artım OPEC-in bazar payını qorumaq istiqamətindəki strategiyasının uğurlu olduğunu göstərir.
Orta Şərqdə neft hasilatı Səudiyyə Ərəbistanının rekorda yaxın səviyyədəki istehsalı ilə bağlı olaraq iyunda ard-arda üçüncü dəfə gündəlik 31 milyon barreli ötüb.
ABŞ-ın istehsalı isə gündəlik 120 min barrel azalaraq 12,45 milyon barrelə enib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]