Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Rəna Süleymanova “Şeyx-Səfi” xalçasını toxumaq arzusundadır

Rəna Süleymanova “Şeyx-Səfi” xalçasını toxumaq arzusundadır

Bakı, 11 may, Zərəngiz Mansurova, AZƏRTAC

Xalçaçılıq dekorativ tətbiqi sənət növlərindən biri olmaqla yanaşı, qədim tarixə, zəngin mədəniyyətə və ənənələrə malik xalqlara məxsusdur. Böyük ustalıq tələb edən və xalq yaradıcılığının məcmusu hesab olunan bu sənət, tarixin minillikləri ilə səsləşən məktəb olmaqla bütün mənalarda özünün çəkisi, sanbalı və inkişaf mexanizmləri ilə heyrət doğurub. Tariximiz qədər yaşı olan Azərbaycan xalçaçılıq sənəti hər zaman Vətənimizin hüdudlarından kənarda böyük maraqla qarşılanaraq özünü həm bir məktəb, həm də orijinal sənət incisi kimi təsdiqləyib. Məhz bunun bariz nümunəsidir ki, bu ildən başlayaraq ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi rəsmən qeyd olunur. Azərbaycan dövlətinin xalçaçılıq sahəsinə diqqətinin daha bir göstəricisi olaraq, ölkəmizdə son illər bu istiqamətdə xeyli işlər görülür, xalçaçılıq haqqında elmi simpoziumlar, konfranslar, sərgilər, ustad dərsləri keçirilir, xalçaçılıq sənəti təbliğ olunur. Azərbaycan Xalça Muzeyində toxucu-xalçaçı işləyən Rəna Süleymanovanın AZƏRTAC-a müsahibəsi də məhz bu sənətin müasir inkişaf istiqamətləri ilə bağlıdır.

-Rəna xanım, Sizi bu sənətə bağlayan nə oldu?

-Bu sənətə gəlməyim təsadüfi olmayıb. Bakıda anadan olsam da, əslim elm-mədəniyyət beşiyi, sənətkarlar məskəni Lahıcdandır. Uşaq vaxtı yay tətillərində Lahıca gedəndə, qohumlarımın xalça toxuduğunu görürdüm. Onlar “Azərxalça” Elmi-Yaradıcılıq və İstehsalat Birliyinin təcrübəli toxucuları, ustaları idi. Mən çox böyük həvəslə onların yanında otururdum. 8-10 yaşımdan başlayaraq ilmə vururdum. Elə bil o ilmələrin ritmi, musiqisi məni özünə cəlb edirdi. O vaxtdan qarşıma məqsəd qoymuşdum ki, ömrümü bu sənətə həsr edəcəyəm, yəni özümü başqa sənətdə görmürdüm. Sonra tale elə gətirdi ki, Bakıda orta məktəbi bitirəndən sonra mən də “Azərxalça” Elmi-Yaradıcılıq və İstehsalat Birliyinin bir nömrəli sınaq təcrübə sahəsinə gəldim.

-Demək, xalçaçılıq üzrə təhsiliniz var?

-Bəli, ora şagird kimi gəldim. Xalça toxumağın bütün incəliklərini mənə müəlliməm Ruqiyyə Abbasova böyük həvəslə öyrətdi. Dilarə Əliyeva, Almaz Zeynalova, Suğra İbrahimova, Zəkiyə Fərəcova və bir çox başqa sənətkarlar bu sənətdə püxtələşməyimdə böyük rol oynayıblar. Hazırda muzeyimizdə mütəxəssislərimiz, təcrübəli, sənətdə öz sözünü demiş ustalarımız çoxdur. Ustadlarımız - Xalq rəssamları Lətif Kərimov, Kamil Əliyev yaradıcı insanlar idi, onların yaratdığı xalçaları kitab kimi oxumaq olar. Onların əsərlərini, eskizlərini ilk olaraq biz işləmişik.

- Azərbaycan xalçasının təbliği istiqamətində hansı işləri görürsünüz?

-Xalça sənətinin 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi, Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi hamımızı çox sevindirdi. Çox böyük fərəhdir ki, biz də öz sənətimizlə Azərbaycanı dünyaya tanıdırıq. Məsələn, 2000-ci ildə ilk dəfə Almaniyanın Hannover şəhərində “EXPO-2000” beynəlxalq sərgisində müstəqil dövlət kimi təmsil olunmuşuq və həmin nümayəndə heyətinin tərkibində o xoşbəxtlik mənə də qismət oldu. Azərbaycanımızın xalçaçılıq sənətini orada həm nümayiş etdirdim, həm də canlı göstərirdim. Təsəvvür edin ki, sərgidəkilər saatlarla baxır, valeh olur, danışırdılar. Bu, onlar üçün maraqlı, bizim üçün sevindirici hal idi. Birinci Avropa Oyunları zamanı yenə də muzeyimizin təşkilatçılığı ilə Bakıda “Atletlər kəndi”ndə öz sənətimizi nümayiş etdirdik. Hazırda da Azərbaycanda xalçaçılıq üzrə simpoziumlar keçirilir.

-Neçə tələbəniz var?

- Otuz beş ildir ki, öyrənirəm, öyrədirəm. 100-dən çox tələbəm olub. İndi də gəlirlər, hətta xaricdən də öyrənməyə gəlirlər. Bu yaxınlarda muzeyə Rusiya vətəndaşı Sergey Burkov gəlmişdi. O, mühəndisdir, Bakıya ezamiyyətə gəlmişdi. Sən demə, bizim xalçatoxuma sənətinə valeh imiş, müraciət elədi, sevə-sevə onu da öyrətdim. Çox məmnun oldu. Onu bütün alətlərlə təmin etdik, eskizləri verdik.

Hazırda elə yetirmələrim var ki, Uşaq Yaradıcılıq Mərkəzində və digər yerlərdə gənc nəslə sənətin sirlərini öyrədirlər. Dədə-babadan qalma bu sənət - xalçaçılıq olduqca maraqlıdır, sanki bir kitab oxuyursan, yeni bir səhifə açılır sənin üçün. Yəni işləyirsən, toxuyursan o biri səhifədə deyirsən: -“aaa, mən bunu da öyrəndim”. Hər ilməni vuranda, elə bil bir söz deyirsən, xalça dili ilə bir hekayə söyləyirsən! Bizim sənətimiz belə sənətdir.

-Bu, çox böyük üstünlükdür. Siz keçmişi gələcəyə gətirirsiniz?

-Bəli, nə yaxşı ki, bu sənət yaşayıb, biz də bunu öyrənmişik.

-Həm də xalça 79 dərdin dərmanıdır deyirlər?

-Bəli, o xalılar nənələrimizin göz nuru olmaqla yanaşı, insanlara uzun ömür, cansağlığı və xoşbəxtlik gətirir! Həqiqətən də, xalça 79 dərdin dərmanıdır. Xalça üzərində böyüyən uşaqlar xəstəliyə yoluxmurlar, gözləri çox iti görür.

- Siz indi hansı xalçanı toxumaq istərdiniz?

-“Şeyx-Səfi” xalçasını. Əsli Viktoriya Albert Muzeyində saxlanılır, istəsək də bizə verməzlər. Onun hər naxışı sanki bir sehr, bir dünyadır mənim üçün. Hər naxışının arxasında bir dastan, bir əfsanə var.

-Sizə uğurlar arzulayıram, “Xalçaçı günü” bayramınızı təbrik edirəm. Arzu edirəm ki, gələcəkdə siz və şagirdləriniz qüdrətli babalarımızın, xanım nənələrimizin miras qoyub getdikləri “Şeyx-Səfi” xalçasını toxuyasınız.

Zərəngiz Mansurova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb