ELM VƏ TƏHSİL


“Renessans və Nizami Gəncəvi” kitabı rus dilində nəşr olunub

Bakı, 7 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusiflinin “Renessans və Nizami Gəncəvi” kitabı rus dilində çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, yeni nəşrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan beş əsərin təhlili verilir, Yaxın və Orta Şərq kontekstində Nizami poeziyasında renessans ideyalarının inkişafı və təşəkkülünə nəzər salınır.

“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı-2017” proqramına uyğun olaraq MDB-yə üzv ölkələrin elm və mədəniyyət xadimlərinin iştirakı ilə Azərbaycanın Rusiyadakı səfirliyində “Renessans və Nizami Gəncəvi” kitabının təqdimatının keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.