ELM VƏ TƏHSİL
“Rənglərin sirri” konfrans-müsabiqəsində 100-dən çox rəsm əsəri nümayiş olunub
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrin 24-25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Rənglərin sirri” mövzusunda konfrans-müsabiqə keçirilib. Universitetin musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü ilə keçirilən tədbirdə 60-a yaxın tələbə iştirak edib və 100-dən çox rəsm əsəri nümayiş olunub.
Ali məktəbin rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, sənət, yaradıcılıq insandan xüsusi istedad tələb edir. Belə konfrans-müsabiqələr tələbə-gənclərin yaradıcılıq istedadlarının aşkara çıxarılmasına və inkişaf etməsinə, onların dünyagörüşlərinin artmasına, mənəvi aləmlərinin zənginləşməsinə, bədii-estetik zövqlərinin formalaşmasına müsbət təsir edir.
Sonda qalib tələbələr mükafatlandırılıb.