CƏMİYYƏT


Rəngli işıqların təsir gücü

Bakı, 22 may, AZƏRTAC

Koloroterapiya və ya rənglərlə müalicə üsulu tibdə heç də yeni müalicə sahəsi deyil. Şərq təbabətində 300-dən çox xəstəliyin rənglərlə müalicəyə müsbət reaksiya verdiyini bilirdilər.

AZƏRTAC xəbər verir ki, rənglərə olan münasibət, yaş, ovqat, xarakter, fəsil və havadan asılıdır. Müalicədə əsas məqsəd rənglərin təsir effektinə əsasən orqanizmdə gedən prosesləri bərpa etməkdir.

Rəngli lampanın qarşısında rahat şəkildə elə uzanmaq lazımdır ki, işıq bədənin böyük hissəsini tutsun. Seans belə başlayır və seansın sonu ağ, və ya yaşıl rəngli işıq terapiyası ilə tamamlanır. Seansın müddəti 30 dəqiqədən az olmamalıdır. Həmin müddətdə heç bir problem barədə düşünməmək və pozitiv fikirli olmaq lazımdır. Yalnız bir rəngdən istifadə edilməsi neqativ təsir göstərə bilər.

Alimlərin fikrincə, mədənin qidaya ehtiyacı yarandığı kimi, beyinin də rənglərə ehtiyacı olur. Ətrafdakı rənglər və rəng çalarları emosiyalara və psixofizioloji vəziyyətə bilavasitə təsir göstərir. İnsan gözü 1,5 milyon rəng və çaları ayırd edə bilir, qadın gözü daha həssas olduğundan, hətta cüzi fərqlənən rəng çalarlarını da seçir.

Rənglərlə müalicədə əsas məsələ onu düzgün seçmək və harmoniyadan yerində istifadə etməkdir. Qırmızı rəngdən melanxoliya və depressiya, çəhrayı rəngdən pozulmuş yuxunun bərpa edilməsi, narıncı rəngdən limfatik və venoz durğunluğu, qalxanabənzər vəz, böyrək və həzm sistemi xəstəlikləri, astma və diabet zamanı, sarı rəngdən zehni stimullaşdırmaq, sinir sistemini tonuslandırmaq üçün və dəri xəstəliklərinin müalicəsində istifadə olunur.

Yaşıl rəng hüceyrə regenerasiyasını, hipofiz vəzini stimullaşdırır, sinir sistemini stabilləşdirir, mavi rəng immun sistemini möhkəmləndirir, orqanizmin ümumi tonusunu qaldırır, göy rəng ürək-damar sisteminin işini normalaşdırır, bənövşəyi rəng hipofiz və qalxanabənzər vəzin funksiyalarına təsir göstərir. Ağ rəng ağrılarla çox yaxşı mübarizə aparır, gümüşü rəng psixoloji, qızılı rəng bakterisid və sitostatik təsir gücünə malikdir, tünd sürməyi baş beyinə müsbət təsir edir, psixi problemlərin qarşısını alır. Qara rəng ruhi sarsıntı keçirənlərə yaxşı təsir edir, boz orqanizmə neytral təsir göstərir, qəhvəyi rəngdən fiziki diskomfort və ya xəstəliklər, ağır zehni işlə məşğul olan zaman, al qırmızı ürək, qan, dalaq və sümük iliyi xəstəliklərində istifadə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.