CƏMİYYƏT


“Rəngli qaçış” və “səmaya qaçış” üzrə festivallar keçirilib

Bakı, 14 iyul, AZƏRTAC

Son illər sağlam həyat tərzinin təbliğinə yönəlmiş müxtəlif qaçış növləri üzrə festivalların keçirilməsi ənənə halını alıb.

AZƏRTAC xəbər verir ki, növbəti belə qaçış yarışları Rusiya və Almaniyada keçirilib.

Moskvadakı “rəngli qaçış” festivalında əyninə təmiz ağ köynək geyinmiş iştirakçılar finişə müxtəlif rənglərə və kirşana boyanmış halda çatıblar. Beş kilometrlik yürüşün hər kilometrində iştirakçıların üstünə müxtəlif rəngli kirşan tökülüb. Sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən yarışın təşkilatçıları həmin məsafəni “ən xoşbəxt beş kilometr” adlandırırlar. Bu, Rusiya paytaxtında keçirilən beşinci “rəngli qaçış” festivalı olub və ənənənin əsası 2012-ci ilin yanvarından qoyulub.

Almaniyanın Frankfurt şəhərində isə 61 mərtəbəli binaya çıxmaq üzrə “səmaya qaçış” yarışı keçirilib. Yarışın şərtlərinə görə iştirakçılar 1200-dən artıq pilləkən çıxmalı və 222 metr məsafə qət etməlidirlər. Builki yarışın qalibi Pyotr Lobazinski məsafəni 6 dəqiqə 31 saniyəyə qət edərək finişə birinci çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.