CƏMİYYƏT
“Report” İnformasiya Agentliyi bir yaşını qeyd edir VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Bu gün “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından bir il ötür.
AZƏRTAC xəbər verir ki, agentlik 2014-cü il oktyabrın 27-də Azərbaycan informasiya məkanına qədəm qoyub. “Report” siyasət, idman, mədəniyyət, iqtisadiyyat və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq qısa bir zamanda geniş oxucu kütləsinin rəğbətini qazanıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib.
Xəbər istehsalı və yayımında yaradıcı bir kollektivə sahib olan bu agentlik özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi də təsdiqləməyi bacarıb. “Report” artıq bir ildir ki, ölkənin bir sıra tanınmış imzaları - siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər ilə əməkdaşlıq edir.
AZƏRTAC kollektivi həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayır.