İDMAN


Reqbi üzrə Bakı şəhər yığması Gürcüstanda bürünc medal qazanıb

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Reqbi üzrə Bakı şəhər yığma komandası məşqçi Vaqif Səadətxanın rəhbərliyi altında Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, turnirdə Bakı millisi ilə yanaşı, Rusiya, Türkiyə və Gürcüstandan 10 komanda birincilik uğrunda mübarizə aparıb.

Komandamız yüksək əzmkarlıq göstərərək bürünc medala sahib olub.

Üç gün davam edən turnirdən sonra komandamızın təlim-məşq toplanışı keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.