İDMAN


Rəşad Sadıqov: Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC 

Bizim üçün çox vacib oyundur. Çünki bizimlə ikinci yer uğrunda mübarizə aparan bir rəqibə qarşı oynayacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan yığması və “Qarabağ” futbol klubunun kapitanı Rəşad Sadıqov 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı oyun öncəsi fikirlərini bölüşərkən deyib.

O, uğurlu nəticə qazanmaq üçün var gücləri ilə mübarizə aparacaqlarını deyib. “Şimali İrlandiyaya qarşı artıq 2014-cü il dünya çempionatının seçmə mərhələsində oynamışıq. Həmin vaxt onlarla səfərdə heç-heçə etmişdik, evdə isə qalib gəlmişdik. Rəqib hər iki oyunda güclü təsir bağışlamışdı, sadəcə, biz ələ düşən şanslardan yaxşı istifadə edə bilməmişdik. İndi də səfərdə bizi çətin matç gözləyir. İstənilən rəqiblə oyuna ciddi yanaşmaq lazımdır. Əks halda cəzalana bilərik. Yığmamızın və “Qarabağ”ın oyunları ətrafındakı ajiotaja gəlincə, buna şadam. İlk dəfə karyeramdan bu dərəcədə həzz alıram”, - deyə R.Sadıqov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.