MƏDƏNİYYƏT


Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 1 nömrəli filialının uşaq şöbəsi “Ümid sənədir ancaq” adlı rəsm müsabiqəsi keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, rəsm müsabiqəsi Xalq Şairi Qabilin anadan olmasının 90 illiyi ilə əlaqədar təşkil olunub.

Şairin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” adlı şeirinə həsr olunmuş müsabiqədə 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak edərək, mövzuya dair rəsmlər çəkiblər.

Müsabiqənin nəticələrinə uyğun olaraq şagirdlərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.