DÜNYA


Rəsmi Praqa BMT-dən miqrasiya böhranına təcili müdaxilə tələb edir

A+ A

Praqa, 20 sentyabr, AZƏRTAC

Beynəlxalq birlik diqqətini qaçqınların Avropaya gəlib çıxdığı ölkələrdə miqrasiyanın səbəblərinə cəmləməlidir.

Bunu BMT-nin Baş Assambleyasının yekun iclasında çıxışı zamanı Çexiyanın xarici işlər naziri Lyubomir Zaoralek bildirib. Nazir vətəndaşların digər yerlərdə məskunlaşması arzusunun qarşısını almaqdan ötrü dövlətlərin onlara layiqli həyat şəraiti yaratmasını zəruri hesab edir.

Digər natiqlərdən fərqli olaraq, Lyubomir Zaoralek diqqəti miqrasiya dalğası ilə bağlı mənfi təzahürlərdə cəmləşdirib. O, iqtisadi miqrantları canlarını qurtarmaq üçün qaçan qaçqınlardan fərqləndirməyin vacibliyini vurğulayıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.