Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rəsmi Tehran Ermənistanın absurd təklifinə uymayacaq

Rəsmi Tehran Ermənistanın absurd təklifinə uymayacaq

İran enerji resurslarını Azərbaycan üzərindən Avropaya nəql edə bilər

Tehran, 1 iyun, AZƏRTAC

Mayın 30-da Aşqabadda Beynəlxalq Enerji Xartiyasının forumu keçirilib. Forumda çıxış edən Ermənistanın enerji və təbii resurslar naziri Ayk Arutunyan üzünü forumda iştirak edən İran nümayəndələrinə tutaraq Yerevanın irəli sürdüyü ideyanı dəstəkləməyi xahiş edib və bunun zəruriliyini sübut etməyə çalışıb.

Bu ideya isə ondan ibarətdir ki, İran-Ermənistan-Gürcüstan-Rusiya enerji dəhlizi yaradılsın.

Aşqabaddakı tədbirdən əvvəl Ermənistan rəhbərləri bir neçə beynəlxalq səviyyəli toplantıda qeyd olunan ideyanı səsləndiriblər. İranın səssiz qalmasına baxmayaraq, bu məsələni Ermənistan Aşqabadda yenidən gündəmə gətirib.

Ermənistan dünyada baş verən siyasi prosesləri izləyərək özü üçün faydalı məqamlar axtarır. İranın üzərindən beynəlxalq sanksiyaların götürülməsi rəsmi Tehran üçün neft və qaz ehtiyatlarını Avropaya ixrac etmək imkanı yaradıb. Bunu Ermənistanda da bilirlər. Odur ki, rəsmi Yerevan hərəkətə keçib.

Bəs bu ideyanın reallaşması mümkündürmü?

Bu sualı cavablandırmaq üçün bəzi paralellər aparmaq lazımdır.

İran ilə yanaşı, Azərbaycan da neft ixrac edən ölkədir və bazardakı qiymətlərin dəyişməsi onun iqtisadiyyatına təsir edir. Lakin bu məsələ ilə əlaqədar panikaya qapılmaq düzgün deyil. Azərbaycan 1994-cü ildə ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra karbohidrogen ehtiyatlarının nəqli üçün geniş infrastruktur yaradıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu gün Azərbaycan neftinin və qazının Avropaya daşınmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, Trans-Anadolu (TANAP) qaz kəmərinin çəkilməsi işləri də sürətlə həyata keçirilir. Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənən bu kəmərlə 2018-ci ildən başlayaraq Azərbaycan Avropaya 16 milyon kubmetr qaz ixrac edəcək.

Azərbaycanın bu cür infrastruktura malik olması və son dövrlər rəsmi Bakı ilə Tehran arasındakı əlaqələrin yüksələn xətlə inkişafı postsanksiya dövründə iki dost dövlətin daha yaxından əməkdaşlığını zərurətə çevirir. Bu əməkdaşlığı şərtləndirən əsas amil ondan ibarətdir ki, Azərbaycan rəsmi Tehrana neft və qazını Avropaya ixrac etməsi üçün öz infrastrukturundan istifadə etməyi təklif edir. Bu təklifi Azərbaycanın energetika naziri Natiq Əliyev ötən il noyabr ayının 23-də Tehranda keçirilən Qaz İxrac edən Ölkələrin Forumunun Zirvə görüşündə irəli sürüb. Lakin hələ ötən ilin avqust ayında Vyanada sanksiyaların aradan qaldırılması istiqamətində danışıqların aparıldığı zaman İranın Qaz İxracatı Şirkətinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Əzizullah Ramazani İran qazının TANAP vasitəsilə Avropaya nəql edilə biləcəyi ehtimalını irəli sürmüşdü. Həmin şirkətin rəhbəri Əlirza Kamali isə bəyan etmişdi ki, qazın Avropaya nəqli üçün min kilometrlərlə kəmər çəkmək iqtisadi baxımdan sərfəli deyil. Əgər İranın indiki iqtisadi vəziyyətinə və perspektivlərinə baxsaq, Ə.Kamalinin haqlı olduğunu görərik. Hazırda iqtisadiyyatının əsas hissəsi neftdən asılı olan İranın neftin qiymətinin düşməsi ilə əlaqədar vəziyyəti o qədər də qənaətbəxş deyil. Uzun müddət ədalətli olmayan beynəlxalq sanksiyalar altında yaşayan İranın neft-qaz sahəsinə yeni texnologiyalar və sərmayələr lazımdır. Digər tərəfdən, yeni kəmərin keçəcəyi ehtimal edilən regionlardakı siyasi kataklizmlər və silahlı münaqişələr İranı ciddi düşünməyə vadar edir. Rəsmi Tehranın münaqişələrin səngiməsini və neftin qiymətinin nə vaxtsa yüksələcəyini gözləməyə vaxtı yoxdur. Odur ki, İran üçün ən real variant karbohidrogen ehtiyatlarını Azərbaycanın yaratdığı infrastrukturla Avropaya nəql etməsidir.

Bu variant hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Əvvəla, İran yeni kəmərin inşası üçün beynəlxalq maliyyə qurumlarından yüksək faizlə kredit almaqdan, ikincisi, kəsirlə icra olunan dövlət büdcəsindən bu layihə üçün milyardlarla dollar ayırmaqdan, üçüncüsü isə ehtiyatların Avropaya çatdırılmasındakı təhlükələrdən xilas olur. Azərbaycan isə tranzitdən gəlir əldə edir.

Göründüyü kimi, qarşılıqlı faydalı əməkdaşlıq dövlətlərin milli maraqlarına xidmət edir. İqtisadi əlaqələrin yaxınlığının ardınca isə siyasi münasibətlərin inkişafı mərhələsi başlayır. Bu gün regionda yaranmış gərgin vəziyyətə nəzər yetirdikdə, aydın şəkildə görürük ki, dini və milli ayrı-seçkilik salmaqla müsəlmanları biri-birinə qarşı qoyub bölgədə söz sahibi olmaq istəyirlər. Böyük qüvvələrin bu geosiyasi planını pozmağın yolu faydalı əməkdaşlıqdan və münasibətlərin səmimiliyindən keçir. Azərbaycan İran ilə mehriban qonşuluq və dostluq şəraitində yaşamağı üstün tutur. Hər iki ölkə prezidentlərinin siyasi iradə nümayiş etdirərək münasibətləri yaxınlaşdırması əlaqələrin gələcək inkişafından xəbər verir.

Mayın 29-da Azərbaycan Prezidenti ilə İran Prezidenti arasındakı telefon söhbətində də hər iki lider əlaqələrin bütün sahələr üzrə inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.

Ermənistana və onun irəli sürdüyü ideyaya gəlincə, qeyd etmək lazımdır ki, bu, irəli sürülən birinci ideya deyil. Hələ 2008-ci ildə Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən irəli sürülən İran-Ermənistan dəmir yolunun çəkilişi də ideya olaraq qalır. Ötən 9 ildə bu istiqamətdə heç bir addım atılmadı. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu körpüsünün tikintisindən sonra S. Sarkisyanın ideyası “dəfn edildi”.

Ermənistandan keçməklə enerji dəhlizinin yaradılması ideyası da şübhəsiz ki, zamanla “dəfn ediləcək”. Ermənistan öz işğalçılıq siyasətinin nəticəsində regionda həyata keçirilən qlobal iqtisadi layihələrdən necə kənarda qalıbsa həmişə qalmaqda da davam edəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib