DÜNYA


Rəsmi Tokio ABŞ-dan Yaponiyadakı “Harrier II” qırıcı təyyarələrinin uçuşunu dayandırmağı tələb edib

A+ A

Tokio, 24 sentyabr, AZƏRTAC.

Yaponiyanın müdafiə naziri Tomomi İnada ABŞ hərbi qüvvələrinin bu ölkədəki komandanlığından Okinava prefekturasında baş vermiş təyyarə qəzasının səbəbləri aydınlaşdırılanadək “Harrier II” qırıcı təyyarələrinin uçuşunu dayandırmağı tələb edib.

Bu barədə nazir ABŞ hərbi qüvvələrinin Yaponiyadakı hərbi bazası komandirinin müavini Çarlz Çiaroti ilə görüşü zamanı bəyan edib.

Nazirin sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Biz qəzanın baş verməsi səbəblərini sonadək aydınlaşdırmağı və belə halların bir daha baş verməməsi üçün görüləcək tədbirlər barədə məlumatın təqdim edilməsini istəyirik. Təhlükəsizlik tam təmin edilənədək uçuşlar qadağan olunmalıdır”.

Nazir vurğulayıb ki, əgər qəza insanların yaşadığı ərazidə baş versəydi, bu, böyük faciəyə səbəb ola bilərdi.

Yapon tərəfinin mövqeyini başa düşdüklərini bildirən Ç.Çiaroti qeyd edib ki, uçuşların dayandırılması gələcəkdə belə halların baş verməməsi məqsədilə görüləcək profilaktik işlərin tərkib hissəsidir. Eyni zamanda, o, yapon tərəfinin suallarına tezliklə aydınlıq gətiriləcəyini də deyib.

Sentyabrın 23-də Okinava prefekturasının rəhbərliyi qırıcı təyyarələrin uçuşlarının dayandırılması ilə bağlı ABŞ komandanlığına tələb göndərib.

Xəbər verdiyimiz kimi, sentyabrın 22-də ABŞ hərbi hava qüvvələrinin kadena bazasında qeydiyyatda olan qırıcı təyyarə sahildən 150 kilometr məsafədə qəzaya uğramışdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.