CƏMİYYƏT


Respublika Diaqnostika Mərkəzi yeni kampaniyaya başlayır

A+ A

Bakı, 26 iyul, AZƏRTAC 

28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar Bakıda pulsuz hepatit müayinələri təşkil ediləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 28-dən 30-dək Respublika Diaqnostika Mərkəzində (RDM) təşkil olunacaq müayinələrdə sağlamlığını düşünən hər kəs iştirak edə bilər. Müayinələr xaricdə təhsil alan həkim-hepatoloq tərəfindən aparılacaq.

Qaraciyərin iltihabına gətirib çıxaran ciddi virus xəstəliyi hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Hepatitin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması xəstəliyin müalicəsində böyük rol oyanır.

Qeyd edək ki, RDM-də dəfələrlə belə aksiyalar keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.