REGİONLAR


“Respublika Gənclər Debat Forumu: Payız 2016” layihəsinin qalibləri mükafatlandırılıb

Gəncə, 9 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Dekabrın 9-da Gəncə şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan “Respublika Gənclər Debat Forumu: Payız 2016” layihəsinin bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev iştirak ediblər.

Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, çıxışlar dinlənilib.

Bildirilib ki, forumun məqsədi gənclər arasında natiqlik qabiliyyətini inkişaf etdirmək, gənc liderlərin və istedadların üzə çıxarılması, gənclərin ictimai həyatda fəal iştirakını stimullaşdırmaq, könüllülük hərəkatının inkişafı və cəmiyyətin bu sahədə maarifləndirilməsidir.

Çıxışlardan sonra debat forumunun final mərhələsi keçirilib. Finalda Bakı şəhərini təmsil edən “Jokers” komandası ilə Biləsuvarın “Aran uşaqları” komandası qarşılaşıb. Yekun nəticəyə əsasən, “Jokers” komandası forumun qalibi müəyyən edilib.

Tədbirin sonunda forumun ən yaxşı 10 natiqi, finalçı komanda və ən yaxşı hakimlər mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.