CƏMİYYƏT
Respublika Günü ilə əlaqədar Misirdə uşaqlar üçün tədbir keçirilib
Qahirə, 27 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin Mərkəzində azərbaycanlı uşaqlar üçün tədbir keçirilib.
Tədbirdə Birliyin sədri, tədqiqatçı alim Seymur Nəsirov Respublika Gününün tarixindən, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı nailiyyətlərdən danışıb.
Sonra azərbaycanlı uşaqlar milli geyimdə şeirlər söyləyiblər.
Diaspor mərkəzində, həmçinin Misirdə Azərbaycan diasporunun gələcək fəaliyyəti ilə bağlı görüş keçirilib, qarşıda duran məsələlər müzakirə olunub və iş planı nəzərdən keçirilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə